Ankaradan Tripoliyə uçan və Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Həddadın olduğu ehtimal edilən "Falcon 50" təyyarəsi qəfildən radarlardan yoxa çıxıb .
Modern.az bu barədə "Habertürk" kanalı məlumat yayıb.
Hadisədən sonra hakimiyyət orqanları Ankara üzərindən müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edib və şəhərin hava məkanını bağlayıb.
Həmçinin bildirilib ki, Həddad daha əvvəl Türkiyə Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlunun dəvəti ilə Türkiyə paytaxtına gəlib və Milli Müdafiə naziri Yaşar Gülerlə danışıqlar aparıb.
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Liviya Baş Qərargah rəisini aparan təyyarə ilə əlaqənin kəsildiyini təsdiqləyib: “Bu gün saat 20:10-da (Bakı vaxtı ilə 21:10) 9H-DFJ quyruq nömrəli Falcon 50 biznes təyyarəsi Ankaranın Esenboğa hava limanından Tripoliyə yola düşüb. Lakin saat 20:52-yə olan məlumata görə, təyyarə ilə əlaqə kəsilib”.
Onun sözlərinə görə, Türkiyə hakimiyyəti pilotlardan Haymana bölgəsinə təcili eniş barədə mesaj alıb, bundan sonra təyyarə ilə yenidən əlaqə qura bilməyiblər.
Nazir təyyarədə Liviyanın Baş Qərargah rəisi general Məhəmməd Əli Həddad da daxil olmaqla beş sərnişinin olduğunu bildirib.