Modern.az

Generalın ölümü xəbərini aldıq - Liviyadan açıqlama

Generalın ölümü xəbərini aldıq - Liviyadan açıqlama

Dünya

24 Dekabr 2025, 00:49

Liviya Baş naziri Əbdülhəmid Dibeybe Türkiyədəki rəsmi səfərdən qayıdan təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan şəxslərin həlak olduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb. 

“Dərin kədərlə Liviya Ordusunun Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Əl-Həddad və onun yoldaşlarının vəfatı xəbərini aldıq”, - deyə Baş nazir qeyd edib.

Qeyd edək ki, təyyarələr 5 nəfər olub.

Həlak olanlar arasında Quru Qoşunları qərargahının rəisi general-leytenant Fituri Qaribil, general-mayor Mahmud Katiwi, Liviya Baş Qərargah rəisinin müşaviri Məhəmməd Asaavi Diab, eləcə də Baş Qərargahın Media Ofisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Mahcub yer alır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır