Modern.az

İtaliya himnində dəyişiklik - "bəli" sözü çıxarıldı

İtaliya himnində dəyişiklik - "bəli" sözü çıxarıldı

Dünya

24 Dekabr 2025, 08:17

İtaliya dövlət himnində ölkə çağırışından sonra səslənən “Si!” (“Bəli!”) ifadəsi çıxarılıb.

Modern.az xəbər verir ki,  bu barədə "Reuters" agentliyi İtaliya hökumətindəki mənbələrə istinadən xəbər yayıb.

Məlumata əsasən, İtaliyanın müdafiə qərargahı son həftələrdə bu dəyişikliklə bağlı rəsmi təlimatlar verib. Qərar may ayında rəsmi qəzetdə dərc olunmuş və himnin orijinal versiyasına istinad edən prezident fərmanına uyğunlaşdırılıb.

Dəyişiklikdən əvvəl himn bu sözlərlə bitirdi: “Ölməyə hazırıq, ölməyə hazırıq, İtaliya çağırır! Bəli!” Prezident administrasiyasındakı mənbənin bildirdiyinə görə, dəyişiklik siyasi səbəblərlə deyil, aydınlıq yaratmaq və orijinal mətndə olmayan əlavəni çıxarmaq məqsədi ilə edilib.

Qeyd edək ki, “İtaliya qardaşları” mahnısı şair Qoffredo Mameli tərəfindən 1847-ci ildə yazılıb. Mamelinin orijinal sözlərində “Si” ifadəsi yer almasa da, həmin il Mişel Novaro tərəfindən bəstələnmiş musiqi partiturasında bu söz mövcud olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır