Modern.az

Olimpiya çempionu öldü

Olimpiya çempionu öldü

Dünya

24 Dekabr 2025, 09:24

Çəkic atma üzrə Olimpiya çempionu, Ukraynalı yüngül atletika idmançısı və məşqçi Anatoli Bondarçuk 84 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, o, Kanadada yaşayırdı.

Bondarçuk Münhen Olimpiadasında 75,50 metrlik Olimpiya rekordu ilə qalib gəlib. O, əvvəllər 1969-cu ildə iki dünya rekordu qırmışdı - 74,68 metr və 75,48 metr.

Anatoli Bondarçuk 1976-cı il Monreal Oyunlarında bürünc medal qazanıb. O, həmçinin 1969-cu il Avropa çempionu, 1971-ci il Avro Çempionatının bürünc medalçısı və dördqat SSRİ çempionu (1969, 1970, 1972, 1973) olub.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır