Modern.az

Generalın öldüyü təyyarənin "qara qutusu" tapılıb

Generalın öldüyü təyyarənin "qara qutusu" tapılıb

Dünya

24 Dekabr 2025, 11:06

Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddadın öldüyü təyyarə qəzası ilə bağlı açıqlama verilib.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ankaradan Tripoliyə uçarkən qəzaya uğrayan təyyarənin səsyazma cihazı və "qara qutu"su tapılıb. 

"Təyyarənin səs yazıcısı saat 02:45-də dağıntı yerində, qara qutu isə saat 03:20-də tapılıb.", - deyə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib. 

Xatırladaq ki, göyərtəsində 6 nəfərin olduğu təyyarə Ankaradan Tripoliyə qayıdarkən qəzaya düşüb. 

 

 

 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır