Modern.az

Azərbaycandan benzin alan daha bir erməni şirkəti MƏLUM OLDU

Azərbaycandan benzin alan daha bir erməni şirkəti MƏLUM OLDU

Dünya

24 Dekabr 2025, 13:12

Azərbaycandan Ermənistana benzin idxal edən ikinci şirkətin də adı məlum olub.

Modern.az xəbər verir ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, həmin şirkət “Shisha World” MMC-dir.

Hüquqi şəxslərin dövlət reyestrinə əsasən, adı çəkilən şirkətin Samvel Mkrtçyana məxsusdur. Şirkət 2022-ci ilin dekabr ayında təsis edilib.

Bundan əvvəl Azərbaycandan digər benzin idxalçısının "Sivil Müqavilə" fraksiyasından olan deputat Xaçatur Sukiasyanın ailəsinə məxsus olan "Mega Trade" olduğu bildirilib.

"Mega Trade" Azərbaycandan 600 ton benzin idxal edib.

Xatırladaq ki, Azərbaycandan dəmir yolu ilə 22 vaqon premium benzin Ermənistana idxal edilib.

Dünən məlum olub ki, bu benzin Sukiasyanın şirkətinə məxsus Run Oil yanacaqdoldurma məntəqələrində litri 430 drama satılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır