Modern.az

Paşinyanın seçkilərə gedəcəyi tarix DƏQİQLƏŞDİ

Paşinyanın seçkilərə gedəcəyi tarix DƏQİQLƏŞDİ

Dünya

24 Dekabr 2025, 13:32

Ermənistanda parlament seçkilərinin təklif olunan tarixini açıqlanıb.

Modern.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının rəhbəri Vaaqn Ovakimyanın sözlərinə görə, Ermənistanda parlament seçkiləri 2026-cı il 2-12 iyun tarixlərində keçirilə bilər.

"Prezident seçki gününü təyin edəcək; hələlik heç bir fərman yoxdur. Hamı bu dövrdə yeganə bazar günü kimi 7 iyundan danışılır. Başqa bir gün seçilərsə, bu, qeyri-iş günü olmalıdır", - Ovakimyan qeyd edib.

Xatırladaq ki, 2026-cı ilin iyununda Ermənistanda mühüm parlament seçkiləri keçiriləcək. Seçkilərdə hazırki baş nazir Nikol Paşinyan "Vətəndaş Müqaviləsi" partiyası ilə seçkilərə qatılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır