Modern.az

İsraildə İran casusu SAXLANILIB

İsraildə İran casusu SAXLANILIB

Dünya

25 Dekabr 2025, 12:18

İsrailin Rişon Le-Zion şəhərinin sakini İrana casusluq ittihamı ilə saxlanılıb.

Modern.az xəbər verir ki, "Şin Bet" xidməti və İsrail polisinin "Lahav-433" əməliyyatı zamanı 40 yaşlarında olan İsrail vətəndaşı Vadim Kopriyanov İran kəşfiyyatının göstərişi ilə təhlükəsizlik cinayətləri törətməkdə şübhəli bilinərək saxlanılıb.

Araşdırma müəyyən edib ki, son 2 ay ərzində Kopriyanov İran üçün müxtəlif tapşırıqlar yerinə yetirib, o cümlədən kuratorlarının xahişi ilə öz şəhərində və digər şəhərlərdə çəkilmiş müxtəlif görüntüləri, o cümlədən keçmiş baş nazir Naftali Bennettin evinin görüntülərini ötürüb və bunun müqabilində müxtəlif məbləğdə pul alıb.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır