Tacikistan Sərhəd Xidməti Əfqanıstanla sərhəddə ən azı 5 nəfərin ölümünə səbəb olan toqquşma barədə məlumat yayıb.
Modern.az xəbər verir ki, "Xovar" agentliyinin məlumatına görə, 24 dekabr gecəsi üç yaraqlı Əfqanıstandan dövlət sərhədini keçərək Şəmsiddin rayonundakı nəzarət-buraxılış məntəqəsinin yaxınlığında Tacikistana daxil olub.
Tacikistan sərhədçiləri yaraqlıları tapdıqdan sonra atışma baş verib. Nəticədə hər üç əfqan, eləcə də iki sərhəd xidməti əməkdaşı öldürülüb.
Sərhəd Xidməti verdiyi açıqlamada Taliban hökumətini sərhəd təhlükəsizliyini təmin etməməkdə günahlandırıb.
Agentliyin məlumatına görə, bu, Əfqanıstandan Tacikistana yaraqlıların bir ay ərzində üçüncü ölümcül hücumudur.