Modern.az

Paşinyan Zəngəzur dəhlizinun tikinti vaxtını AÇIQLADI

Paşinyan Zəngəzur dəhlizinun tikinti vaxtını AÇIQLADI

Dünya

25 Dekabr 2025, 15:50

Belə görünür ki, TRIPP ("Tramp marşrutu" – Zəngəzur dəhlizi) layihəsi çərçivəsində işlərə 2026-cı ilin ikinci yarısında başlayacağıq.

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 25-də jurnalistlərlə söhbətində deyib

O, ilk layihənin dəmir yolunun tikintisi olacağını söyləyib.

"Bizim fikrimizcə, dəmir yolu birinci olmalıdır, çünki müvafiq marşrutlar keçmişdə fəaliyyət göstərib", - deyə Paşinyan qeyd edib. O, qaz və neft boru kəməri layihələrinin planlaşdırılandan daha tez başa çatacağı ehtimalını istisna etməyib.

Baş nazir bildirib ki, hazırda layihənin həyata keçirilməsi üçün çərçivə formalaşdırılır və Ermənistan və ABŞ müvafiq sənədi imzalamağa hazırlaşır, bundan sonra TRIPP layihəsinin növbəti mərhələsi başlayacaq.

O, əlavə edib ki, regionda kommunikasiyaların açılması birbaşa sərhəd delimitasiyası ilə bağlıdır.

Paşinyan izah edib ki, müəyyən hissədə hər hansı bir infrastruktur (dəmir yolu, qaz və neft boru kəmərləri və s.) tikiləcəksə, tikintiyə başlamazdan əvvəl dövlət sərhədini dəqiq müəyyənləşdirmək vacibdir, çünki bunun təşkilati, iqtisadi, hüquqi və digər nəticələri var. 

Baş nazir bildirib ki, TRIPP o qədər genişmiqyaslı layihədir ki, hər sual aydınlaşdırıldıqdan sonra həll edilməli olan yeni suallar ortaya çıxacaq.

Paşinyan əlavə edib ki, "Tramp marşrutu" fəaliyyətə başlayanda - dəmir yolu, avtomobil yolu, qaz və neft boru kəmərləri və elektrik xətləri işə salındıqda - həll edilməli olan suallar yenidən ortaya çıxacaq və vəziyyətə bu cür yanaşmağı tələb edib.

"Problemimiz ondadır ki, əvvəllər təkqatlı kiçik layihələrlə məşğul olurduq. Biz həmişə cavabsız suallar qoyan böyük layihələrə öyrəşməmişik", - Baş nazir əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır