Rusiya Qazaxıstan komissiyasının Aktau faciəsi ilə bağlı araşdırmasını tezliklə başa çatdırmasını və Rusiya ilə Azərbaycanın bütün həll olunmamış məsələləri həll edəcəyini gözləyir.
Modern.az xəbər verir ki. bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ənənvi brifinqdə bildirib.
O qeyd edib ki, Qazaxıstan komissiyasının araşdırmasını tezliklə başa çatdırmasını və bütün həll olunmamış məsələləri birgə həll ediləcəyini gözlədikləri qeyd edilib.
Zaxarova əlavə edib ki, Moskva komissiya ilə sıx əməkdaşlıq edir və bütün lazımi yardımı göstərir.
Rusiyanın 9 oktyabrda Düşənbədə keçirilən Rusiya və Azərbaycan liderləri arasında görüşdə əldə edilən bütün razılaşmaları tam şəkildə həyata keçirməyə sadiqliyi vurğulanıb.
Əvvəllər Qazaxıstan Nəqliyyat Nazirliyi ölkənin iki xarici laboratoriyadan tədqiqatların nəticələrini gözlədiyini və bundan sonra qəza ilə bağlı yekun hesabat dərc edəcəyini bildirmişdi.
AZAL-a məxsus Embraer 190 sərnişin təyyarəsi 25 dekabr 2024-cü ildə Aktau yaxınlığında qəzaya uğrayıb.
Təyyarədə 67 nəfər olub, onlardan 38-i həlak olub.