Modern.az

Kral Milad müraciətini Ukrayna mahnısı ilə başa vurdu

Kral Milad müraciətini Ukrayna mahnısı ilə başa vurdu

Dünya

25 Dekabr 2025, 21:28

Böyük Britaniyanın kralı III Çarlzın Milad münasibətilə etdiyi ənənəvi televiziya müraciəti Ukrayna xalq mahnısının səsləndirilməsi ilə yekunlaşıb.

Modern.az xəbər verir ki, kral çıxışında nə Ukraynanın, nə də başqa konkret ölkələrin adını çəkməsə də, müraciəti müşayiət edən videoçarxda onun bacısı, şahzadə Annanın yaralı ukraynalı əsgərlərlə görüşünü əks etdirən kadrlar yer alıb.

Müraciətin sonunda isə Ukraynanın məşhur Milad nəğməsi olan “Şedrik” ifa edilib. XX əsrin əvvəllərində ukraynalı bəstəkar Mikola Leontoviç tərəfindən yazılmış bu xor əsəri dünyada, o cümlədən Böyük Britaniyada geniş tanınır və burada “Carol of the Bells” – “Milad zəngləri mahnısı” adı ilə məşhurdur. Kralın Milad müraciətində mahnını Ukraynadan olan qaçqınlardan ibarət “Songs for Ukraine” xoru və Kral Operasının xoru birlikdə səsləndirib.

III Çarlz çıxışında sülhün axtarılmasının vacibliyini, qarşılıqlı yardımın, dözümlülüyün və mərhəmətin əhəmiyyətini vurğulayıb. O, ümumbəşəri dəyərlərə sadiqliyin cəmiyyət üçün əsas yol olduğunu bildirib və insanları çətinliklər qarşısında həmrəylik nümayiş etdirməyə çağırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır