Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalaya saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
O, oktyabrın 4-də prezident administrasiyasına basqınlara rəhbərlik etməkdə ittiham edilir.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Laşa Maqradzenin sözlərinə görə, Axalaya aksiyada iştirak etməsə də, o, evdən internet proqramlarından istifadə edərək onlayn rejimdə liderlik edib. Bu, IP ünvanlarının və internet məlumatlarının dekodlanması ilə təsdiqlənib.