Modern.az

Türkiyədə kəskin soyuqlar gözlənilir

Türkiyədə kəskin soyuqlar gözlənilir

Dünya

26 Dekabr 2025, 08:55

26 dekabr 2025-ci il - 2 yanvar 2026-cı il tarixləri arasında İstanbulda və Türkiyənin bir sıra vilayətlərində hava temperaturun kəskin aşağı düşməsi gözlənilir, bəzi yerlərdə qar yağması ehtimalı var.

Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə KİV-ləri xəbər verib.

Məlumata əsasən, İstanbulda temperatur 0 dərəcəyə, Ədirnə və Kırklarelidə -3 dərəcəyə, Tekirdağ və Kocaelidə -1 dərəcəyə, Sakaryada -2 dərəcəyə, Yalovada isə +1 dərəcəyə düşəcək.

Dekabrın 27-dən etibarən Kocaeli, Sakarya, Yalova və Anadolunun dağlıq ərazilərinə qar yağacağı proqnozlaşdırılır.

İstanbul qubernatorluğu 26-27 dekabr tarixlərində şəhərin ən yüksək ərazilərində qar və ya sulu qar yağacağı barədə xəbərdarlıq edib, şəhərin qalan hissəsində isə yağış yağacağı gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi