Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan bütün təqsirləndirilən ermənilərə baş çəkiblər.
Modern.az xəbər verir ki, bu barədə Ermənistandakı BQXK-nın kommunikasiya rəhbəri Zara Amatuni bildirib.
O qeyd edib ki, nümayəndə heyətinin tərkibində bir həkim də olub.
"Prosedurlara uyğun olaraq, başçəkmə zamanı diqqət səhiyyə məsələlərinə, şəxslərin müalicəsinə və saxlanma şəraitinə yönəldilib", - Amatuni bildirib.
Ailələri onlara heç bir bağlama gətirməyiblər. Başçəkmə təşkilatın nümayəndələri ilə şəxsi görüşlər və vəziyyətin ümumi qiymətləndirilməsi ilə məhdudlaşıb.