Ermənistanın Tavuş vilayətindəki Dilican şəhərinin Bələdiyyəsi Bakıda həbsdə olan oliqarx Ruben Vardanyanın şirkətlərinə qarşı məhkəmə iddiası qaldıraraq, onlarla imzalanmış müqavilələrin ləğvini tələb edib.
Modern.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Dilican icmasının rəhbəri David Sarkisyan qəzetə bildirib ki, şəhər parkının modernləşdirilməsi və təkmilləşdirilməsi üçün imzalanmış müqavilələrin şərtləri 2030-cu ildə bitir:
"Şirkətlər müqavilədə göstərilən öhdəlikləri pozduğuna, eləcə də park ərazisində indiyə qədər heç bir nəzərəçarpacaq təkmilləşdirmə və modernləşdirmə aparılmadığına görə, bələdiyyə müqavilələrin birtərəfli ləğvi prosesinə başlayıb. Məhkəmə işləri başa çatdıqdan sonra Dilican Bələdiyyəsi şəhər parkının modernləşdirilməsi və təkmilləşdirilməsini, eləcə də sonrakı təmir və texniki xidmət xərclərini özü ödəyəcək".