Modern.az

Qarlı havaya görə 250 təyyarə reysi təxirə SALINDI

Qarlı havaya görə 250 təyyarə reysi təxirə SALINDI

Dünya

26 Dekabr 2025, 09:32

Moskvada güclü qar yağışı səbəbindən təxminən 250 reysin uçuşu vaxtında həyata keçirilməyib.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən gecə qarın yağması əlaqədar uçuş-enmə zolaqlarının təmizlənməsi və təyyarələrə buzlanmaya qarşı emalın aparılması reyslərin ardıcıl şəkildə təxirə salınmasına səbəb olub.

Paytaxtda “sarı” təhlükə səviyyəsi elan edilib.

Rəsmi proqnozlara əsasən, Moskva şəhərində güclü qarın yağmasının ən azı daha üç gün davam edəcəyi gözlənilir.

Sizə yeni x var
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi