Modern.az

Zelenski tezliklə Trampla görüşəcək 

Zelenski tezliklə Trampla görüşəcək 

Dünya

26 Dekabr 2025, 11:24

Ukrayna prezidenti Volodimir Zelenskinin yaxın vaxtlarda ABŞ lideri Donald Trampla yüksək səviyyəli görüşü gözlənilir. Bunun üçün razılıq əldə edilib.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram-da yazıb.

O, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi və ABŞ-la danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerovun Amerika tərəfi ilə əlaqələrinin olduğunu və Trampla görüş üçün razılığın əldə edildiyini qeyd edib.
"Rüstəm Umerov Amerika tərəfi ilə əlaqələr barədə məlumat verib. Bir gün də boşa sərf etmirik. Yaxın gələcəkdə ən yüksək səviyyədə - Trampla - görüşə razılaşdıq. Yeni ildən əvvəl çox şey qərarlaşdırıla bilər" - deyə Zelenski bildirib.

"Kyiv Post" qəzetindəki diplomatik mənbənin məlumatına görə, Zelenskinin ABŞ səfəri 28 dekabrda baş tuta bilər.


 

Sizə yeni x var
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi