Modern.az

Pezeşkian xristianlara mesaj ünvanladı

Pezeşkian xristianlara mesaj ünvanladı

Dünya

26 Dekabr 2025, 13:00

İran Prezidenti Məsud Pezeşkian İsa Məsihin doğum günü münasibətilə ingilis dilində mesaj yayımlayıb  və İsanın davamçılarını bu gün münasibətilə təbrik edib.

Modern.az-ın məlumatına görə, Prezident Pezeşkianın mesajında ​​aşağıdakılar yer alıb:

“İsa Məsihin mübarək doğum günü münasibətilə İrandakı və dünyanın hər yerindəki xristianlara ən səmimi təbriklərimi çatdırıram.

İsa Məsih bizim ənənəmizdə mərhəmət, ədalət və şəfqət elçisi kimi hörmətlə qarşılanır. Ümid edirəm ki, onun əbədi mesajı bütün millətlər arasında şərəf və sülh üçün ilham mənbəyi olacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi