Modern.az

Moskvada sarı xəbərdarlıq elan edildi

Moskvada sarı xəbərdarlıq elan edildi

Dünya

27 Dekabr 2025, 11:47

Güclü qar çovğunu ilə əlaqədar Rusiyanın paytaxtı Moskvada sarı xəbərdarlıq elan edilib.

Modern.az xarici KIV-ə istinadən xəbər verir, bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, sarı xəbərdarlıq paytaxtda 27 dekabr saat 20:00-dan bazar günü, 28 dekabr saat 10:00-dək (Bakı vaxtı ilə 11:00-dək) qüvvədə olacaq. Sinoptiklərin məlumatına görə, bazar günü axşam, gecə və səhər saatlarında Moskvada qar, bəzi yerlərdə güclü qar yağacağı, həmçinin yolların buz bağlayacağı gözlənilir.

Qeyd edilir ki, bu gün küləyin sürəti 5–10 m/s olacaq, temperaturun dekabrın 28-ə kimi -4C dərəcə qədər enəcəyi proqnozlaşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi