Modern.az

Ukraynada daha bir korrupsiya qalmaqalı

Ukraynada daha bir korrupsiya qalmaqalı

Dünya

27 Dekabr 2025, 19:15

Ukraynada növbəti böyük korrupsiya qalmaqalı gündəmi silkələyib. Ukraynanın Milli Antikorrupsiya Bürosunun (NABU) məlumatına görə, hakim “Xalqın xidmətçisi” partiyasından olan, prezident Volodimir Zelenskiyə yaxınlığı ilə tanınan deputat Yuri Kiselin telefon danışıqları təxminən iki il ərzində dinlənilib.

Modern.az xəbər verir ki, qurumdan verilən açıqlamada Kiselin yeni korrupsiya ifşalarının əsas fiqurantlarından birinə çevrilə biləcəyi bildirilir.

Deputat Mariyana Bezuqlayanın sözlərinə görə, NABU-nun keçirdiyi əməliyyatlar və axtarışlarla bağlı məlumatlar yayılandan sonra Ali Radanın iclası faktiki olaraq dayandırılıb. Bu isə parlament daxilində vəziyyətin nə qədər gərgin olduğunu göstərən əsas məqamlardan biri kimi qiymətləndirilir.

Günün əvvəlində bəzi KİV-lər Kiyevdə deputat Yuri Koryavçenkonun evində axtarışlar aparıldığı barədə məlumat yaymışdı. Lakin NABU bu xəbərləri təkzib edərək, Koryavçenkoya qarşı hər hansı istintaq hərəkətinin aparılmadığını açıqlayıb. Bununla yanaşı, qurum Yuri Qriqoryeviç Kiselə qarşı axtarışların keçirildiyini nə təsdiqləyib, nə də təkzib edib. Ukrayna mediası Kiseli prezident Zelenskiyə və onun uzun illərdir biznes tərəfdaşı olan Sergey Şefirə yaxın şəxs kimi təqdim edir.

NABU və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu (SAP) birgə açıqlamada bildiriblər ki, tərkibində hazırkı xalq deputatlarının da olduğu mütəşəkkil cinayətkar qrup ifşa edilib. İstintaqın versiyasına görə, bu qrup Ali Radada müəyyən qərarların qəbul edilməsi və səsvermələr zamanı mütəmadi olaraq qanunsuz maddi fayda əldə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi