Modern.az

Canavar zooparkdan qaçdı - Ziyarətçilər təxliyə olundu

Canavar zooparkdan qaçdı - Ziyarətçilər təxliyə olundu

Dünya

28 Dekabr 2025, 09:39

Tokionun Tama zooparkında administrasiya qəfəsdən bir canavarın itdiyini aşkar etdikdən sonra ziyarətçilər təcili təxliyə olunublar.

 

Modern.az xəbər verir ki, bu barədə Tama zoopark administrasiyası məlumat yayıb.

 

Zooparkın əməkdaşları artıq heyvanın yerini müəyyən ediblər – o, parkın ərazisindədir. Hazırda heyvanın tutulması istiqamətində işlər aparılır. Xəsarət alanlar barədə məlumat daxil olmayıb, parka giriş dayandırılıb. Canavarın qəfəsi necə tərk edə bildiyi hələlik məlum deyil.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...