Modern.az

Tehran altıncı quraqlıq ilini yaşayır 

Tehran altıncı quraqlıq ilini yaşayır 

Dünya

28 Dekabr 2025, 18:26

Son yağışlardan sonra quraqlıq problemi həll olunmayıb, suyu qənaətlə istifadə etmək lazımdır.

 

Modern.az İran mediasına istinadən xəbər verir ki, bunu Tehranın qubernatoru Mohammad Sadek Motamedian deyib.

 

Onun sözlərinə görə, Tehran vilayəti altıncı quraqlıq ilini yaşayır. "Hazırda Tehrandakı dörd bənd təxminən üç faiz su ilə dolub. Halbuki içməli suyun 70 faizi yeraltı təbəqələrdən, 30 faizi isə bəndlərdən alınır", - Tehranın qubernatoru bildirib.

 

Qeyd edək ki, İranın paytaxtı Tehranı su ilə təmin edən anbarlarda su ehtiyatları azalır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi