Modern.az

Gürcüstanda ZƏLZƏLƏ

Gürcüstanda ZƏLZƏLƏ

Dünya

28 Dekabr 2025, 18:30

Dekabrın 28-i günün ikinci yarısında Gürcüstanda zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Elmlər Akademiyasının Yer Elmləri İnstitutunun Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, zəlzələ Dmanisi şəhərindən 19 kilometr qərbdə, əsasən, azərbaycanlılar yaşayan Məmişli kəndi ərazisində qeydə alınıb.

 

Yeraltı təkanlatın gücü 3,8 bal olub.

 

Dağıntı və ya digər zərərlə bağlı hələlik məlumat yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...