Modern.az

Tramp Putinlə danışıqlar apardı

Tramp Putinlə danışıqlar apardı

Dünya

28 Dekabr 2025, 21:24

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdən əvvəl Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apardığını bildirib.

Modern.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Truth Social" səhifəsində yazıb.

"Bu gün saat 13:00-da Ukrayna Prezidenti Zelenski ilə görüşdən əvvəl Rusiya prezidenti Putinlə yaxşı və çox məhsuldar telefon danışığım oldu. Görüş Mar-a-Laqoda baş tutacaq", - Tramp qeyd edib.

O əlavə edib ki, görüşə mətbuat nümayəndələri də dəvət olunub.

Qeyd edək ki, Zelenski Trampla görüşdən əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığı apardığını bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...