Modern.az

Gürcüstanda altıncı inqilab cəhdi

Gürcüstanda altıncı inqilab cəhdi

Dünya

28 Dekabr 2025, 22:56

Ölkəmizin bədniyyətliləri çox yaxşı görürlər ki, vizasız rejimin mümkün ləğvi mövzusundan istifadə edərək süni müdaxilə yolu ilə hökuməti kənardan dəyişdirmək mümkün deyil. Düşünmürəm ki, onların mövqeləri güclüdür. Lakin onlar inqilab təşkil edə bilməyəcəklər, onların inqlabla bağlı altıncı cəhdləri də uğursuz olacaq.

 

Modern.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqı ilə vizasız rejimin dayandırıla biləcəyi ilə bağlı suala cavab olaraq bildirib.

 

"Düşünürəm ki, Avropa bürokratiyası praqmatik qalacaq və gürcü xalqını əsəbiləşdirəcək qərar qəbul edilməyəcək", - deyə Baş nazir vurğulayıb.

 

Onun sözlərinə görə, Gürcüstanın bədniyyətliləri ölkədə daim gərginlik yaratmaq üçün bu şantaj vasitəsindən istifadə edirlər.

 

 

Sizə yeni x var
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi