Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın 102-ci hərbi bazasının fəaliyyəti barədə danışıb.
Modern.az xəbər verir ki, XİN rəhbəri Ermənistan İctimai Televiziya Şirkətinə verdiyi müsahibədə mövzu ilə bağlı açıqlama verib.
"Bu məsələ bizim gündəliyimizdə deyil", - deyə nazir hərbi bazanın ölkədən çıxarılmasına barədə suala cavab verib.
Mirzoyan vurğulayıb ki, hökumətin Rusiyanı Ermənistandan çıxarmaq və ya siyasi, iqtisadi, eləcə də digər əlaqələri kəsmək kimi bir fikri yoxdur.
"Belə bir siyasət yürüdülmür. ABŞ və ya Aİ ilə münasibətləri dərinləşdirəndə Rusiyanı qovmaq üçün bir məqsəd, gizli bir gündəm axtarmağa ehtiyac yoxdur", - deyə nazir qeyd edib.