Modern.az

Sabiq Prezident bütün dövlət mükafatlarından məhrum edildi

Sabiq Prezident bütün dövlət mükafatlarından məhrum edildi

Dünya

29 Dekabr 2025, 08:55

Qırğızıstan prezidenti Sadır Japarov sabiq dövlət başçısı Almazbek Atambayevi bütün dövlət mükafatlarından məhrum edib.

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan liderinin Mətbuat Xidməti məlumat verib.

"Qırğızıstan Respublikasının prezidenti Sadır Japarov Bişkek şəhərinin Pervomayski Rayon Məhkəməsinin 3 iyun 2025-ci il tarixli hökmünə əsasən Almazbek Şarşenoviç Atambayevin dövlət mükafatlarından məhrum edilməsi barədə fərman imzalayıb", - məlumatda deyilir.

Qeyd edək ki, sabiq prezident ən yüksək mükafatı olan "Qırğızıstan Qəhrəmanı", 2-ci dərəcəli Manas ordeni, Danaker ordeni və "Dənk" medalından məhrum edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi