Modern.az

Tramp-Zelenski danışığı  bu gün davam edəcək

Tramp-Zelenski danışığı  bu gün davam edəcək

Dünya

29 Dekabr 2025, 09:19

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vololdimir Zelenski ilə yenidən söhbət edəcəyini bildirib.

Modern.az xəbər verir ki, o bu barədə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Tramp qeyd edib ki, o və Zelenski məsələlərin 95%-ni müzakirə ediblər və növbəti görüş 29 dekabr bazar ertəsi günü keçiriləcək.

"Məqsədimizə çatmağa çox yaxınıq, bəlkə də hətta çox yaxınıq. Çoxlu sayda detala nail olmuşuq, baxmayaraq ki, çoxları bunun mümkün olmadığını bildirib. 29 dekabrda davam edəcəyik", - deyə Ağ Ev rəhbəri bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi