Modern.az

Türkiyə gözəli saxlanıldı

Türkiyə gözəli saxlanıldı

Dünya

29 Dekabr 2025, 09:25

"Miss Türkiyə 2016"nın qalibi Busə İskəndəroğlu bazar günü narkotik istifadəsində şübhəli bilinərək həbs edilib.

Modern.az xəbər verir ki, Türkiyə telekanallarının məlumatına görə, narkotik qaçaqmalçılığı ilə bağlı son polis əməliyyatı zamanı İskəndəroğlu və reper Ege Karataşlı da daxil olmaqla dörd nəfər saxlanılıb.

Çərşənbə günü polis narkotik testinin müsbət nəticə verdiyi üçün "Fənərbaxça" Futbol Klubunun prezidenti Sadettin Saranı saxlayıb. Dekabrın ortalarında məhkəmə "Haberturk"un baş redaktoru və məşhur televiziya aparıcısı Mehmet Akif Ersoyu da narkotik qaçaqmalçılığı istintaqı ilə əlaqədar həbs edib. Testin müsbət nəticə verməsinə baxmayaraq, Ersoy hər hansı bir qanun pozuntusunu inkar edir.

Oktyabr ayından bəri Türkiyədə genişmiqyaslı narkotik əleyhinə əməliyyatlar davam edir. İstintaq çərçivəsində bir neçə aktyor və təsir gücünə malik şəxs saxlanılıb və onlardan bəzilərinin qanında və saçında narkotik izləri aşkar edilib. Bəzi hallarda, əlaqəli maddələr reseptli dərmanların tərkibində olan maddələr olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi