Modern.az

Türkiyədə İŞİD-lə döyüş: 3 polis həlak oldu, 8-i yaralandı

Türkiyədə İŞİD-lə döyüş: 3 polis həlak oldu, 8-i yaralandı

Dünya

29 Dekabr 2025, 13:26

Türkiyədə "İslam dövləti" terror təşkilatına (İŞİD) bağlı şəxslərin saxlanılması üçün əməliyyat keçirilib.

Modern.az xəbər verir ki, yerli media əvvəlcə İŞİD-ə qarşı əməliyyat zamanı 7 polis əməkdaşının yaralandığı barədə məlumat yayıb.

Lakin sonra daxili işlər naziri Əli Yerlikaya İŞİD yaraqlıları ilə toqquşmada üç türk polisinin öldüyünü açıqlayıb.

Nazir daha səkkiz polisin yaralandığını qeyd edib. Altı yaraqlı isə öldürülüb.

Əməliyyatın Mərmərə dənizinin sahilində, Yalova şəhəri yaxınlığındakı bir evdə keçirildiyi bildirilir.

Şübhəlilər təhlükəsizlik qüvvələrinə atəş açıblar.

Yaralıların vəziyyəti stabildir və xəsarətləri həyati təhlükə yaratmır.

Əməliyyat bölgəsinə Bursa vilayətindən xüsusi polis qüvvələri göndərilib.

Sizə yeni x var
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi