Modern.az

ABŞ-ın ikinci adamı İlon Maskı fikrindən daşındırıb

ABŞ-ın ikinci adamı İlon Maskı fikrindən daşındırıb

Dünya

29 Dekabr 2025, 16:33

Dünyanın ən zəngin adamı - İlon Musk öz partiyasını yaratmaq planlarından imtina edib.

Modern.az xəbər verir ki, "The Washington Post" qəzeti mənbələrə istinadən xəbər verir ki, o bunu vitse-prezident Vens-in israrları altında atıb.

Nəşrin qeyd etdiyi kimi, dünyanın ən varlı adamının, sonsuz resurslara malik olan, Respublikaçıları parçalaya və Demokratların qələbəsini təmin edə biləcək bir partiya yaratmaq niyyəti ABŞ sağçılarını şoka salıb və Ağ Evi narahat edib. Maskın yaxın ətrafı jurnalistlərə iş adamının bu ideyaya ciddi yanaşdığına əminlik verib.

İki mənbəyə görə, Vens və onun yaxın ətrafı yeni bir partiyanın yaradılmasının 2026-cı il ara seçkilərində və sonrakı dövrdə Respublikaçılara zərər verə biləcəyindən qorxurdular. O, Maskın müttəfiqlərini ona öz partiyasını yaratmaq planlarından imtina etməsi üçün israr göstərməyə çağırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi