Modern.az

Putinin iqamətgahına HÜCUM - Lavrov sərt danışdı

Putinin iqamətgahına HÜCUM - Lavrov sərt danışdı

Dünya

29 Dekabr 2025, 19:49

Ötən gecə Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına hücum edilib .

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya cavab zərbəsi endirəcək.

"Doxsan bir PUA buraxılıb və vurulub. Putinin iqamətgahına hücumdan sonra Rusiyanın cavab zərbəsinin hədəfləri və vaxtı müəyyən edilib", - o qeyd edib. "Rusiyanın danışıqlar mövqeyi Kiyev rejiminin dövlət terrorizmi siyasətinə son keçidi nəzərə alınmaqla nəzərdən keçiriləcək", - Lavrov bildirib.

Bununla belə, nazir əlavə edib ki, "Rusiya danışıqlar prosesinin özündən çəkilmək niyyətində deyil".

Ukrayna isə Putinin iqamətgahına edilən hücumu təsdiqləməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi