Modern.az

Tramp Putinin iqamətgahına edilən hücumdan qəzəblənib - UŞAKOV BELƏ DEYİR

Tramp Putinin iqamətgahına edilən hücumdan qəzəblənib - UŞAKOV BELƏ DEYİR

Dünya

29 Dekabr 2025, 20:45

Rusiya lideri Vladimir Putinin iqamətgahına hücum ABŞ prezidenti Donald Trampı "qəzəbləndirib".

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Uşakovun sözlərinə görə, Putin Trampla telefon danışığı zamanı Valdaydakı iqamətgahına dron hücumu cəhdinə istinad edərək "Kiyevin terrorçu hərəkətlərini" cavabsız qoymayacağını bildirib. Ukrayna hakimiyyəti hadisə ilə hər hansı əlaqəsini inkar edir.

Uşakov Trampın sözlərini sitat gətirib: "Allaha şükür ki, biz (Ukrayna prezidenti Volodimir) Zelenskiyə "Tomahawk" raketlərini vermədik". O əlavə edib ki, ABŞ prezidenti Kiyevin Putinin iqamətgahına hücum cəhdi barədə danışarkən "bu cür dəli hərəkətləri təsəvvür belə edə bilmədiyini" deyib.

Putin Trampa bildirib ki, Rusiyanın mövqeyi "Kiyev tərəfindən həyata keçirilən dövlət terrorizmi" ilə əlaqədar yenidən nəzərdən keçiriləcək.

Qeyd edək ki, telefon danışığı ötən gün baş tutub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi