Modern.az

Putin 261 min nəfəri hərbi xidmətə çağırdı

Putin 261 min nəfəri hərbi xidmətə çağırdı

Dünya

29 Dekabr 2025, 21:05

Rusiya Prezidenti Vladimir Putin 2026-cı ildə hərbi xidmətə çağırış haqqında fərman imzalayıb.

Modern.az xəbər verir ki, plana əsasən, 18-30 yaş arası 261.000 nəfər orduya çağırılacaq.

Yanvarın 1-dən etibarən Rusiyada yeni hərbi çağırış proseduru tətbiq olunacaq.

İl ərzində tibbi müayinələr, peşəkar psixoloji müayinə və çağırış komissiyasının iclasları keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi