Modern.az

ABŞ Venesuelaya hücum etdi

ABŞ Venesuelaya hücum etdi

Dünya

30 Dekabr 2025, 00:40

ABŞ Prezidenti Donald Tramp Venesuelada narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu iddia edilən əraziyə zərbə endirildiyini təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə o, İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən bildirib.

 

“Gəmilərə narkotik yüklədikləri liman ərazisində böyük bir partlayış baş verdi. Bütün qayıqları partlatdıq və indi həmin əraziyə də zərbə endirdik”, – deyə Amerika lideri qeyd edib.

 

Donald Tramp hadisə ilə bağlı əlavə təfərrüat açıqlamayıb və zərbə endirilən ərazinin dəqiq yerini göstərməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi