Modern.az

Türkiyə polisi İŞİD-ə qarşı əməliyyat: 127 nəfər saxlanıldı

Türkiyə polisi İŞİD-ə qarşı əməliyyat: 127 nəfər saxlanıldı

Dünya

30 Dekabr 2025, 09:52

Türkiyə polisi İstanbul və Ankarada terror təşkilatı İŞİD-i hədəf alan əməliyyatlar həyata keçirilib.

Modern.az xəbər verir ki, əməliyyatlarda ümumilikdə 127 şübhəli saxlanılıb. Şübhəlilərin 41-nin Yalovada 3 polisin öldüyü atışmanın iştirakçıları ilə əlaqəli olduğu öyrənilib.

Açıqlamada qeyd olunub ki, bu şəxslərin Yeni il günü oxşar hücuma cəhd edə biləcəyinə dair məlumatlar var.

Ankarada isə İŞİD terror təşkilatının 17 üzvü - 11 xarici vətəndaş və 6 Türkiyə vətəndaşı müəyyən edilib. Məhkəmə 17 şübhəli haqqında həbs qərarı verib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ