Modern.az

Dron Putinin iqamətgahını dağıdıb? - Kremldən AÇIQLAMA

Dron Putinin iqamətgahını dağıdıb? - Kremldən AÇIQLAMA

Dünya

30 Dekabr 2025, 13:40

"Düşünmürəm ki, burada hər hansı bir dəlil olmalıdır. Əgər kütləvi dron hücumu olubsa, onlar hava hücumundan müdafiənin dəqiq işi sayəsində vurulub".

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Valdaydakı iqamətgahına dron hücumu ilə bağlı danışarkən deyib. O, hücumun olmadığı barədə Ukrayna tərəfinin iddialarını rədd edib.

"Dağıntılara gəldikdə isə, deyə bilmərəm, bu bizim hərbçilərimizin məsələsidir. Görürük ki, Zelenskinin özü bunu inkar etməyə çalışır və bir çox Qərb mediası Kiyev rejiminə dəstək verərək bunun heç vaxt baş vermədiyi barədə şayiələr yaymağa başlayır. Bunlar absurd iddialardır", - deyə Rusiya prezidentinin mətbuat katibi bildirib.

Xatıraldaq ki, Rusiya tərəfi ötən gün Putinin iqamətgahına dron hücumu barədə məlumat yayıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ