Modern.az

Pezeşkian etirazçıların tələbləri ilə razılaşıb

Pezeşkian etirazçıların tələbləri ilə razılaşıb

Dünya

30 Dekabr 2025, 17:47

İran prezidenti Məsud Pezeşkian ölkədəki etiraz aksiyalarını sakitləşdirməyə çalışır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, büdcə problemlərinin həll olunmasına vəd verərək, etirazları sakitləşdirməyə çalışır.

Pezeşkian vergi artımlarını yenidən nəzərdən keçirəcəyinə söz verib. O, etirazçıların qanuni tələblərini etiraf edib və əhalinin alıcılıq qabiliyyətinin qorunmasının prioritet olduğunu bildirib.

Bunun üçün Pezeşkian büdcədə dəyişikliklər etməyə hazırdır: vergi endirimləri, əmək haqqının artırılması və daha hədəflənmiş subsidiyalar.

Bahalaşma və əmək haqqı azlığına etirazlardan sonra Mərkəzi Banka yeni rəhbərin təyin edilməsindən sonra rial qismən düşüşünü bərpa edib.

Sizə yeni x var
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ