Modern.az

Paşinyanın əsas rəqibi həbsdən BURAXILDI

Paşinyanın əsas rəqibi həbsdən BURAXILDI

Dünya

31 Dekabr 2025, 08:55

Ermənistan məhkəməsi Rusiyaya yaxınlığı ilə tanınan iş adamı Samvel Karapetyan barəsindəki qətimkan tədbirinin dəyişdirilməsinə qərar verib.

Modern.az xəbər verir ki, Karapetyan girov qarşılığında həbsxanadan ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, Karapetyan iyun ayında hakimiyyətin ələ keçirilməsi ilə bağlı ictimai çağırışlar etməsi ittihamı ilə həbs edilib. Ermənistan Respublikası Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə ittiham olunur.

Samvel Karapetyan Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanın əsas rəqibi sayılır.

Artıq evində olan S.Karapetyan hakimiyyətə mesaj da verib. O deyib ki, bundan sonra da erməni kilsəsinə  edilən hücumlara qarşı çıxacaq və yolundan dönməyəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ