Modern.az

Ərdoğan Ankarada Putini gözləyir

Ərdoğan Ankarada Putini gözləyir

Dünya

31 Dekabr 2025, 15:47

Rusiya prezidenti Vladimir Putinin yaxın gələcəkdə Türkiyəyə səfər edəcəyi bildirilib.

Modern.az xəbər verir ki, RİA Novosti agentliyinə danışan mənbə bildirib ki, Vladimir Putin Türkiyə səfəri dəqiq nə zaman baş tutacaq, bilinmir.

Adı açıqlanmayan türk mənbəsi bildirib ki, Ankara Rusiya prezidentini Türkiyədə qəbul etməyə ümidlidir.

Diplomatik mənbə Türkiyə və Rusiya liderləri arasında dialoqun qarşılıqlı etimada əsaslanaraq davam etdiyini bildirib: "Bu, ikitərəfli və regional məsələlərin həllində təsirli olub. Prezident Ərdoğan Putini Türkiyəyə dəvət edib və biz bu səfərin mümkün qədər tez baş tutacağını gözləyirik".

Keçən ilin iyul ayında Astanada keçirilən ŞƏT Zirvə görüşündə Ərdoğan deyib: "Rusiya və Türkiyə arasındakı isti münasibətlər çərçivəsində, əlbəttə ki, sizi mümkün qədər tez ölkəmdə qəbul etmək istərdim".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ