Modern.az

Politico: Almaniya müharibə üçün gizli plan hazırlayıb

Politico: Almaniya müharibə üçün gizli plan hazırlayıb

Dünya

31 Dekabr 2025, 16:30

Almaniyada hesab edirlər ki, son dövrlər baş verən kiberhücumlar, diversiyalar və dezinformasiya kampaniyaları yeni müharibənin başlanğıcı ola bilər.

Modern.az xəbər verir ki, "Politico" nəşrinin yazdığına görə, Almaniya bu ehtimalı nəzərə alaraq NATO çərçivəsində mümkün münaqişə üçün gizli plan hazırlayıb.

Sənəddə Almaniyanın münaqişə zamanı NATO qüvvələri üçün əsas əməliyyat bazası və tranzit dəhlizi rolunu oynayacağı vurğulanır. Plan Almaniyanın mülki və hərbi strukturlarının koordinasiyasını nəzərdə tutur və hibrid hücumların hərbi eskalasiyanın bir hissəsi kimi qiymətləndirildiyini göstərir.

Qeyd olunur ki, münaqişə halında Almaniya uzaqmənzilli silahlarla hücumların əsas hədəflərindən biri ola bilər. Son aylarda ölkədə artan casusluq, kiberhücumlar və təsir cəhdləri sənəddə təsvir olunan ssenarilərlə üst-üstə düşür. Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt ölkənin “hər gün hibrid müharibənin hədəfi” olduğunu bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ