İsrailin ölkəmizdəki səfiri Ronen Kraus Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan dilində videotəbrik ünvanlayıb.
Modern.az xəbər verir ki, səfirliyin “X” sosial şəbəkə hesabında paylaşılmış təbrikdə deyilir:
“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Sizə daim birlik, rifah və əmin-amanlıq arzulayıram. Azərbaycan və İsrail xalqları arasında qurulmuş dostluq və qardaşlıq münasibətləri daim möhkəm olacaq
”.