Modern.az

İranda sabiq nazirə rialı gücləndirmək tapşırılıb

İranda sabiq nazirə rialı gücləndirmək tapşırılıb

Dünya

31 Dekabr 2025, 20:26

İran Prezidenti Məsud Pezeşkian keçmiş İqtisadiyyat və Maliyyə naziri Əbdülnasir Hemməti Mərkəzi Bankın yeni rəhbəri təyin edilməsi haqqında fərman imzalayıb.

Modern.az xəbər verir ki, fərman İran Prezidentinin saytında yerləşdirilib.

"Sizdən... iqtisadi artımı dəstəkləmək, milli valyutanın dəyərini qorumaq və artırmaq, sosial ədalətə nail olmaq üçün valyuta bazarının təşkili və idarə olunmasına, balanssızlığın aradan qaldırılmasına və likvidlik artımının nəzarətinə xüsusi və maksimum diqqət gözləyirəm", - fərmanda deyilir.

Dekabrın 29-da İran rialının kəskin şəkildə düşməsi səbəbindən Tehranın mərkəzində etirazlar başlayıb.

Etiraz edən biznes sahibləri həmkarlarını mağazalarını bağlamağa və hərəkata qoşulmağa çağırıblar. Elə həmin gün İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzin istefa verib. Tehran universitetlərində tələbələr arasında da etirazlar və mitinqlər keçirilib.

Sizə yeni x var
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ