Modern.az

Dünyanın ən pis və ən korrupsiyalaşmış ölkəsi - TRAMP AÇIQLADI

Dünyanın ən pis və ən korrupsiyalaşmış ölkəsi - TRAMP AÇIQLADI

Dünya

1 Yanvar 2026, 00:41

ABŞ prezidenti Donald Tramp Somalini dünyanın “ən pis və ən korrupsiyalaşmış ölkələrindən biri” adlandırıb və somalililərin ölkələrinə geri göndərilməsini tələb edib.

Modern.az xəbər verir ki, Tramp bu fikirləri özünün "Truth Social" sosial şəbəkəsində paylaşıb.

ABŞ prezidenti iddia edib ki, Minnesota ştatında baş verən fırıldaqçılıq hallarının “böyük əksəriyyəti, təxminən 90 faizi” Somalidən qanunsuz şəkildə ABŞ-a gəlmiş şəxslər tərəfindən törədilir. Tramp yazıb ki, bu şəxslər “haradan gəliblərsə, Somaliyə göndərilməlidir” və bu ölkəni “yer üzündə bəlkə də ən korrupsiyalaşmış dövlət” kimi xarakterizə edib.

Xatırladaq ki, Donald Tramp ilk prezidentliyi dövründə Somaliya da daxil olmaqla bir sıra ölkələrin vətəndaşlarının ABŞ ərazisinə girişini qadağan edib. Sonradan bu qərar keçmiş prezident Co Bayden tərəfindən ləğv olunmuşdu. Tramp ikinci prezidentlik müddətinə başlayarkən həmin qadağanı yenidən qüvvəyə mindirib və siyahıya bir neçə başqa ölkənin vətəndaşlarını da əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ