Modern.az

İsveçdə dağ-xizək kurortunda partlayış - 40 nəfər öldü

İsveçdə dağ-xizək kurortunda partlayış - 40 nəfər öldü

Dünya

1 Yanvar 2026, 13:40

Alp dağlarında yerləşən dəbdəbəli xizək kurortu şəhərciyi Krans-Montanada bir barda baş verən partlayış nəticəsində çox sayda insan həyatını itirib.

Modern.az xəbər verir ki, bu barədə İsveçrə polisi açıqlama yayıb.

Məlumata görə, İsveçrənin məşhur Krans-Montana xizək mərkəzində Yeni il qeyd edənlər böyük faciə yaşayıb.

2026-cı il yanvarın 1-də gecə yarısından sonra, təxminən saat 01:30 radələrində “Le Constellation” adlı iki mərtəbəli barda hələlik müəyyən edilməyən səbəbdən güclü partlayış baş verib. Partlayışdan sonra binada genişmiqyaslı yanğın yaranıb.

Valais kanton polisinin sözçüsü Gaëtan Lathion hadisə zamanı insan tələfatının olduğunu təsdiqləyib.

Şahidlərin və hadisə yerində olan tibb işçilərinin bildirdiyinə görə, onlarla ağır yaralı və ölən var.

Sizə yeni x var
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ