Azərbaycan aviaşirkətləri 2025-ci ilin 11 ayı ərzində Ermənistan hava məkanı üzərindən uçuşlar üçün təxminən 400.000 avro ödəyib.
Modern.azxəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.
Qeyd olunur ki, "Armaeronaviqasiya" QSC 2025-ci il yanvarın 1-dən noyabrın 30-dək olan dövr üçün 396.282 avro alıb.
Türkiyə şirkətləri isə Ermənistana 3,4 milyon avro köçürüb.