Modern.az

Rusiya bu dəfə heyvanları hədəfə aldı

Rusiya bu dəfə heyvanları hədəfə aldı

Dünya

1 Yanvar 2026, 23:25

Rusiyanın aviasiyası Xarkov yaxınlığında yerləşən ekoparkın ərazisinə aviabomba atıb.

Modern.az xəbər verir ki, Ukrayna mediasının məlumatına görə, zərbə nəticəsində bir qadın yaralanıb, ekoparkda saxlanılan şirlər xəsarət alıb, quşlar tələf olub.

Həmçinin yırtıcı heyvanlar və quşlar üçün nəzərdə tutulan sığınacaqlar dağıdılıb.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Yeni il gecəsi Ukrayna ərazisinə 200-dən çox zərbə dronu buraxılıb. Onun sözlərinə görə, dronların əksəriyyəti zərərsizləşdirilib. Hücumlar Volın, Rivne, Zaporojye, Odessa, Sumı, Xarkov və Çerniqov vilayətlərini əhatə edib. Hədəfin Ukraynanın enerji infrastrukturu olduğu qeyd edilib.

Zelenski vurğulayıb ki, zəruri olan bütün ərazilərdə xilasedicilər işləyir, energetiklər isə zərbələrdən sonra elektrik təchizatının bərpası ilə məşğuldur. O, hücumların hətta bayram günlərində də dayanmamasını əsas gətirərək, hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrin yolverilməz olduğunu bildirib və müttəfiqləri razılaşdırılmış dəstəyin vaxtında çatdırılmasına çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ