Yəməndə Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi Cənub Keçid Şurası qüvvələri Səudiyyə Ərəbistanı təyyarələrinin onları hədəf aldığını iddia edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, "Səudiyyə Ərəbistanı aviasiyası Hadramaut şəhərində keçid hökumətinin nəzarəti altında olan 37-ci briqadanı hədəfə alıb.
Yəmənin informasiya naziri vəzifəsini icra edən Əbdülbasit əl-Kaidi bildirib ki, Hadramaut bölgəsində Səudiyyə Ərəbistanı və Birləşmiş Əərəb Əmirliklərinin dəstəklədikləri 2 tərəf arasında toqquşmalar başlayıb.