Modern.az

BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ

BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ

Dünya

2 Yanvar 2026, 18:19

Almaniyanın xarici işlər naziri Yohan Vadeful BMT Təhlükəsizlik Şurasının artıq müasir dünyanı əks etdirmədiyini, Qlobal Cənub ölkələrinin rolunun artırılmasının vacib olduğunu hesab edir.

Modern.az xəbər verir ki, nazir DPA agentliyinə müsahibəsində Təhlükəsizlik Şurasında islahatların aparılması üçün səy göstərəcəyini bildirib: “Təhlükəsizlik Şurası 1945-ci ildən - müharibədən sonrakı dövrün deyil, XXI əsrin dünyasını əks etdirməlidir. Məhz buna görə biz xüsusilə Qlobal Cənubun bu qurumda daha güclü rol alması üçün ciddi çalışacağıq”.

Ölkəsinin BMT sisteminin fəal tərəfdarlarından olduğunu ifadə edən Y.Vadeful qurumun fəaliyyətinin sadələşdirilməsinin və çevikliyinin artırılmasının mümkünlüyünü vurğulayıb.

Qeyd edək ki, Almaniya bu ilin iyununda 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlük uğrunda namizədliyini irəli sürəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ